Bakı şəhərində yanğın baş verib.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda avtomobil dayanacağının ümumi sahəsi 5 m2 olan gözətçi otağının yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Gözətçi otağın qalan hissəsi və 6 ədəd minik avtomobilləri yanğından mühafizə olunub.
Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.