Bakıda avtomobil divara çırpılıb, ölən var

Bakıda avtomobil divara çırpılıb, ölən var
Bütün Xəbərlər
10:20 28.09.2013
765
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 28-də saat 01.00 radələrində Bakı - Mərdəkan yolunda qeydə alınıb. Bakı şəhər sakini Əfqan Axundov idarə etdiyi «Reno» markalı avtomaşını dirəyə vurub və idarəetməni itirərək aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, maşında olan sərnişin, sürücünün oğlu Rasim Axundov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//apa

OXŞAR XƏBƏRLƏR