Bakıda avtomobil motosikleti vurdu: Sürücü hadisə yerindən qaçdı

Bakıda avtomobil motosikleti vurdu: Sürücü hadisə yerindən qaçdı
SOSİAL
13:25 28.04.2023
109

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, Bilgəh qəsəbəsində 2001-ci il təvəllüdlü Əliyev Əliheydər Mirhəsən oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən onu avtomobil vurub.

Qəzanı törədən avtomobil sürücüsü hadisə yerindən yayınıb.

Hadisənin təfərrüatı araşdırılır.

OXŞAR XƏBƏRLƏR