Bakının Biləcəri-Lökbatan yolunda qəza baş verib.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər və məlumat daxil olub.
Qeyd edilib ki, Yeni Yasamalda "Jasmin Park" yaşayış kompleksinin qarşısında minik avtomobili idarəetməni itirərək yeraltı piyada keçidinə düşüb.
Hadisə şahidinin sözlərinə görə sürücü qarşıdakı avtomobilə toqquşmamaq üçün, sükanı sağa döndərib və idarəetməni itirərək piyada keçidinə düşüb.
Sürücünün xəsarət aldığı bildirilir.