xari

Bakıda avtomobil piyadanı vurdu

SOSİAL
10:18 24.01.2021
329
Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu keçən 1988-ci il təvəllüdlü İsmayılov Xəzər Zakir oğlunu avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
 
///Report

OXŞAR XƏBƏRLƏR