Bakıda avtomobil polis əməkdaşını vurub

Bakıda avtomobil polis əməkdaşını vurub
SOSİAL
10:07 17.07.2022
184
Bakıda avtomobil polis əməkdaşını vurub.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Təmkin Babək oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sol said sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR