Bakıda avtomobil yandırmaqda şübhəli bilinən qardaşlar saxlanıldı

Bakıda avtomobil yandırmaqda şübhəli bilinən qardaşlar saxlanıldı
SOSİAL
18:19 21.03.2022
305
Nərimanovda avtomobil yanıb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus "Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıb.
OXŞAR XƏBƏRLƏR