Bakıda avtomobil yolu keçən qadını vurub

Bakıda avtomobil yolu keçən qadını vurub
SOSİAL
12:26 05.09.2021
418
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Badamdar qəsəbəsində avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Məmmədova Xəzangül Bəhram qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR