Bakıda avtomobildən meyit tapılıb

Bakıda avtomobildən meyit tapılıb
SOSİAL
12:21 10.03.2024
234
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bir nəfərin minik avtomobilində qapıların kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR