Bakıda avtomobili tərsinə sürən şəxs cəzalandırıldı

Bakıda avtomobili tərsinə sürən şəxs cəzalandırıldı
SOSİAL
17:48 11.04.2023
223
Bakının mərkəzində nəqliyyat vasitələrinin axını istiqamətində, VAZ-21099 markalı avtomobili geriyə idarə edən sürücü barəsində protokol tərtib edilib. 

Bu barədə AZXEBER.COM-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsi baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, VAZ-21099 markalı 24-BD-091 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zaidov Azad Ziyadxan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib edilib və 100 manat (4 bal) məbləğində cərimə olunub.
OXŞAR XƏBƏRLƏR