Bakıda avtomobillərin qəniminə çevrilən yol - VİDEO
15:57 25.02.2013
1619
Ötən gecə paytaxtın mərkəzi küçələrindən birində yaranmış çökmə onlarla avtomaşının ziyan görməsinə səbəb olub. Hadisə Bakının Səbail rayonu Neftçilər prospektində, İdman-Konsert Mərkəzinin yaxınlığında qeydə alınıb.Müvafiq ərazidə kanalizasiya quyusunun çökməsi nəticəsində prospekt sözün həqiqi mənasında avtomaşınlar üçün əsl xəndəyə çevrilib.Yolda belə bir təhlükənin olmasından xəbərsiz olan sürücülər isə avtomobillərinin bu əngəldən keçərkən, əsasən, təkərlərinin zərər gördüyünü bildiriblər.