Bakıda avtoşluq edən qadın polisdir? - Açıqlama

Bakıda avtoşluq edən qadın polisdir? - Açıqlama
SOSİAL
17:37 11.11.2016
10215
Bakının mərkəzində avtoşluq edən xanım polis saxlanılıb. Polis əməkdaşı olan 30 yaşlı Esmira Zahir qızı Neymətova idarə etdiyi bahalı 10 MA 084 dövlət nömrə nişanlı Jeep markalı avtomobillə Neftçilər prospektində avtoxuliqanlıq edib.

Polis əməkdaşları onu saxlayaraq maşını cərimə meydançasına aparıb. Bu zaman E.Neymətova polislərə etiraz edərək yüksək vəzifəli adamların adından istifadə edərək məsuliyyətdən yayınmaq istəyib.

Araşdırma zamanı E.Neymətovanın adından istifadə etdiyi şəxslə əlaqə saxlanılıb və o, qızı tanımadığını deyib.

Hazırda qız Səbail rayon Məhkəməsinə aparılıb.

E.Neymətova Bakıda polis işləyir. Hansı vəzifədə çalışması hələ ki, məlum deyil.
 
Səbail Rayon Dövlət Yol Polis İdarəsi rayon ərazisində qadın polis əməkdaşının avtoxuliqanlıq etdiyinə görə saxlanılması barədə məlumatlara münasibət bildirib.
İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 10 MA 084 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 30 yaşlı Neymətova Elmira Zahir qızı polis əməkdaşı deyil və avtoxuliqanlıq etməyib.
Məlumatda bildirilib ki, ötən gün Neftçilər prospektində E.Neymətovanın idarə etdiyi avtomobil İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsinin (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) tələblərini pozduğu üçün saxlanılıb. Onun avtomobili Səbail rayonunda yerləşən müvəqqəti duracağa aparılıb. 

"Elmira Neymatova 60 manat məbləğində cəriməsini ödədikdən sonra avtomobilini müvəqqəti duracaqdan aparıb", - idarədən bildirilib.
///Criminal.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır