Bakıda avtoyuma məntəqəsində avtomobildən oğurluq edild

Bakıda avtoyuma məntəqəsində avtomobildən oğurluq edild
SOSİAL
18:24 20.01.2022
246
Bakıda avtoyuma məntəqəsində avtomobildən oğurluq edilib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yanvarın 13-də A.Şərifzadə küçəsindəki avtoyuma məntəqələrinin birində "KIA” markalı avtomobildən 1200 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini V.Heydərov və Masallı rayon sakini C.Nəzərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR