Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək öldü

Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək öldü
SOSİAL
21:49 11.07.2019
5376

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Bakmil" metro stansiyasının yaxınlığında qeydə alınıb. 

Belə ki, avtoyuma məntəqəsinin işçisi "Honda CRV" minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR