Binəqədi polisi dələduzluğa görə axtarışda olan qadını tutub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində axtarışda olan Qızxanım Abbaszadə tutulub.
Qeyd edək ki, Qızxanım Abbaszadə barəsində axtarış Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsilə elan edilmişdi.