Bakıda axtarışda olan qadın mənzildən oğurluq etdi

SOSİAL
11:37 03.08.2020
523
Bakıda mənzildə oğurluq hadisəsi baş verib.

Hadisə avqustun 1-də günorta saatlarında paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, naməlum şəxs evə açıq qapıdan keçməklə içərisində 40 manat və 50 avro pul, 180 manat dəyərində qızıl-zinət əşyaları, saat və sənədlər olan iki ədəd əl çantasını oğurlayıb.

Faktla bağlı başlanılan cinayət işi üzrə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə (177, 234, 231, 185) məhkum olunmuş və CM-nin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Günay Abdullayeva saxlanılıb.

Faktla bağlı başlanılan cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet