Bakıda axtarışda olan şəxs saxlanıldı

Bakıda axtarışda olan şəxs saxlanıldı
SOSİAL
10:50 16.11.2022
116

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan Seyran Cahangirov saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş "Magnum” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.

OXŞAR XƏBƏRLƏR