Bakıda Azərbaycan gənc qan donorlarının birinci forumu keçirilib -FOTOLAR

Bakıda Azərbaycan gənc qan donorlarının birinci forumu keçirilib -FOTOLAR
GƏNCLİK
15:00 16.06.2014
2579

14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə keçirilən forum Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Qan Donorları Assosiasiyasının, Gənclər üçün Təhsil Mərkəzi , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı Synergy Group və Hilton Bakunun dəstəyiçərçivəsində baş tutub. Forumun məqsədi Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verməkdir.

Dövlət və hökumət rəsmilərinin, QHT nümayəndələrinin və qan donorlarının iştirak etdikləri forumda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, qan donorluğu ilə bağlı videoçarx nümayiş olunub.Sonra İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış edərək demişdir ki, 2005-ci ilin mayında Dünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb.

Bu əlamətdar günün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. Bildiriib ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları ölümdən xilas etməyə kömək edir.

Qeyd edilib ki, 2004-cü ildən etibarən 14 İyun - Ümumdünya Donor Günü Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təntənəli surətdə qeyd olunur. Həmin gün qan verən şəxslərə xeyirxah addımlarına görə xüsusi minnətdarlıq bildirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü və təmənnasız qan donorlarının sayının artırılması sahəsində fəaliyyətini davam etdirməkdədir.

Diqqətə çatdırılmışdır ki, Səhiyyə Nazirliyinin "2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi" və "Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi" barədə əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilmişdir. Lakin donorluğun inkişafı üçün tək Səhiyyə Nazirliyi deyil, digər qurumlar, tanınmış insanlar və kütləvi informasiya vasitələri də öz töhfələrini verməlidirlər.

Forumda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, Bahadur Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənov, ATGTİ-nin sədri Şahin İsmayılov və Marneuli Gənclər Mərkəzinin nümayəndəsi Emin Əhmədov çıxış edərək ilk dəfə keçirilən forumun Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verəcəyini vurğulayıb.

Forumun işinə uğurlar arzulayan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev belə bir tədbirin keçirilməsinin cəmiyyətə mesaj vermək baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, gənclər təşkilatları qan donorluğunun inkişafı istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər. Qan donorluğunun inkişafına töhfələr verən təşkilatlara, eləcə də könüllü donorlara diplomlar təqdim edildikdən sonra forumda gələcək fəaliyyətlər müzakirə edilmiş və tövsiyələr hazırlanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək