Bakıda Azərbaycan-İspaniya işgüzar görüşü keçiriləcək

SİYASƏT
10:52 12.06.2013
1361

İspaniya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-İspaniya işgüzar görüşü keçiriləcək. 

«APA-Economics»in Azpromo-ya istinadən verdiyi məlumata görə, tədbirdə tikinti, layihələndirmə, infrastruktur, suvarma cihazlarının istehsalı, ətraf mühitin mühafizəsi, dəmir yolu avadanlıqları, hidravlik sistemlər, tibb mərkəzləri, biokimya və digər sektorları təmsil edən İspaniya şirkətlərinin nümayəndələri iştirak edəcəklər. 

Tədbirdə iştirak etmək istəyən Azərbaycan şirkətlərinin nümayəndələri Azpromo-ya müraciət edə bilər.

OXŞAR XƏBƏRLƏR