Bakıda Azərbaycan-İsrail İKT forumu keçirilir.
AZXEBER.COM-un verdiyi xəbərə görə, forumda “Bakutel 2013” sərgisində iştirak edən 13 İsrail və Azərbaycan şirkətləri iştirak edir.Forumda çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanın elektron hökumət layihəsində İsrailin təcrübəsindən yararlanmaq istədiyini bildirib.
Nazir müavini İsrail şirkətlərini Azərbaycanda Yüksək Texnologiyalar Parkında iştiraka dəvət edib.Texnologiyalar parkında 7 il müddətinə şirkətlərin bütün vergilərdən azad olunduğunu diqqətə çatdıran E.Vəlizadə bildirib ki, hazırda gömrük rüsumları sahəsində də güzəştlər edilməsi üçün çalışılır.İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz da öz çıxışında Azərbaycanla İsrail arasında əməkdaşlığın genişlənməsinə çalışdıqlarını deyib:“Azərbaycan enerji sahəsində qədim təcrübəyə malikdir. Buna görə Azərbaycan təcrübəsindən yararlanmaq istəyirik”.Eyni zamanda texnologiya sahəsində İsrail təcrübəsinin Azərbaycan üçün maraqlı olduğunu deyən səfir Azərbaycanın etibarlı tərəfdaş olduğunu və Azərbaycanla bir sıra qarşılıqlı ikitərəfli sazişlər imzalanmasına çalışdıqlarını bildirib.“İkitərəfli vergiqoymadan azadolma və standartlaşma sahəsində ikitərəfki sazişlər imzalanmasını istəyirik”- deyə, səfir qeyd edib.