Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Forumu keçirilir

İQTİSADİYYAT
12:04 10.12.2013
1613

Bu gün Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Forumu keçirilir.

AZXEBER.COM xəbər verir ki, forumda rəsmi şəxslərlə yanaşı, sənaye, maşınqayırma, tikinti, qida sənayesi, qablaşdırma, logistika və digər sahələrdə fəaliyyət göstərən 100-dən artıq iş adamı iştirak edib.İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr 21 ildir ki qurulub və bunun nəticəsində müxtəlif sahələrdə ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf edib.“İndiyədək iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün 10-a yaxın sənəd imzalanıb.Səudiyyə Ərəbistanın Azərbaycanda ticarət, xidmət bank və digər sahələrdə ölkə kapitallı 6 şirkəti fəaliyyət göstərir və bu şirkətlər bu günədək ölkə iqtisadiyyatına 368 milyon dollar investisiya yatırıblar”.Nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi hər il artır:“Amma yenə də ticarət və biznes əlaqələrinin daha da inkişafı üçün geniş potensial var. Bugünkü tədbir bu imkanların reallaşdırılmasına böyük şərait yaradır”.Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumunun sədri Abdullatif Al-Osman ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və biznes əlaqələrin daha da artacağına ümid etdiklərini bildirib.Tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanın investisiya mühiti və biznes imkanları barədə təqdimatlar keçirilib və forum iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) təşkilatçılığı baş tutub.

OXŞAR XƏBƏRLƏR