Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri (XİN) arasında məsləhətləşmələr keçirilir.
AZXEBER.COM-un məlumatına görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Rusiya nümayəndə heyətinə isə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rəhbərlik edir.
Tərəflər xarici siyasət üzrə informasiya təminatı məsələləri ilə bağlı fikir mübadiləsi aparırlar.