Bakıda “Azərişığ”ın işçisi maşınla dörd yaşlı oğlunun üstündən keçdi - TƏFƏRRÜAT

Bakıda “Azərişığ”ın işçisi maşınla dörd yaşlı oğlunun üstündən keçdi - TƏFƏRRÜAT
SOSİAL
13:07 29.06.2020
1343
Bakının Yasamal rayonu, H.Zərdabi küçəsində bədbəxt hadisə baş verib.

Həmin küçədə yerləşən "Azərişıq” ASC-nin Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin istismar şöbəsinin qarşısında ata azyaşlı oğlunu əzib. 

Qeyd edilir ki, ata maşını park edərkən, dörd yaşlı oğlu arxa qapını açıb düşərkən təkərin altında qalıb. Maşın körpəni sürüyüb. 

Uşağın hər iki valideyni sözügedən idarədə işləyir. İdarədə növbəli iş olduğu üçün istirahət günü olan ata arvadını işə gətirirmiş. 
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR