Bakıda azyaşlı bacıları avtomobil vurub

Bakıda azyaşlı bacıları avtomobil vurub
SOSİAL
10:09 21.05.2022
202
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Gülçülük Sovxozu adlanan ərazidə yol kənarı ilə hərəkət edən 2007-ci il təvəllüdlü Gülməmmədli Şəmsiyyə Yusif qızı və onun bacısı 2010-cu il təvəllüdlü Gülməmmədli Gülzar Yusif qızını avtomobil vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
OXŞAR XƏBƏRLƏR