Bakıda azyaşlı oğurladı - Əmisi arvadı satdı

SOSİAL
17:06 25.04.2016
4068
Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları iki oğurluq hadisəsinin üstünü açıblar.
Oğurluqların Bakıya qonaq gələn azyaşlı tərəfindən törədildiyi müəyyən edilib.
Rayon Polis İdarəsinə iki mənzilin qarət olunması barədə məlumat daxil olub. Qısa zaman kəsiyində rayon polis idarəsinin əməliyyatçıları cinayətin üstünü açıblar. İstintaqın gedişində məlum olub ki, mənzillərdən birindən qızıl-zinət əşyaları, digərindən isə pul aparılıb. Əməliyyatçılar oğurlanan qızıl-zinət əşyalarının qızıl alveri ilə məşğul olan dükanlardan birinə satıldığını müəyyən ediblər.
Qızılı satan 21 yaşlı xanım şəxsiyyət vəsiqəsini təqdim etdiyindən, onun kimliyini müəyənləşdirmək çətin olmayıb. Saxlanılaraq polis şöbəsinə gətirilən xanım idarədə iki gün əvvəl qızıl dükanına sırğa təhvil verdiyini gizlətməyib. Xanım polislərə bildirib ki, qayını ailəsi ilə birlikdə toy mərasimində iştirak etmək üçün rayondan Bakıya gəlib.
Toydan sonra qayınının 13 yaşlı oğlu bir neçə gün əmisinin evində qalmaq istədiyini bildirib. Valideynlər uşağı Bakıda qoyaraq, qayıdıblar. Səhəri gün 13 yaşlı yeniyetmə əmisi arvadı İ.X-ya yaxınlaşaraq, rayondan qızıl sırğa tapdığını deyib. Daha sonra isə tapdığı sırğaları satmaqda ondan kömək istəyib.
Musavat.com

OXŞAR XƏBƏRLƏR