Bakıda Babəkə abidə ucaldılacaq

Bakıda Babəkə abidə ucaldılacaq
Bütün Xəbərlər
00:09 07.09.2011
1455

Prezident İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Dövlət başçısı xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq Azərbaycan paytaxtında böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılmasını qərara alıb. Bakı Şəhər İcra Hakimiyyətinə Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR