Bakıda Xətai rayonu ərazisində yerləşən "Ayşənim” uşaq bağçasında Pərvanə adlı tərbiyəçinin uşağa yemək yedizdirən zaman kobudluq etməsi barədə görüntülərə qarşı tərəfdən reaksiya gəlib.
Bağçanın rəhbər şəxslərindən olan Gülşən Əsədova BAKU.WS-ə bildirib ki, əslində tərbiyəçinin azyaşlıya qarşı kobudluq etmək niyyəti olmayıb:
"Pərvanə müəlliminin 4 illik təcrübəsi var. Bizim bağçada isə iki ildən çoxdur çalışır. Onun bu illər ərzində hər hansı uşağa qarşı kobudluq etməsi və ya zorakılıq göstərməsi halı baş verməyib. Həmin görüntülərdə də uşağa qarşı möhkəm vurulma halı yoxdur.
Bütün qrupun uşaqları həmin Pərvin müəllimə "nənə" deyə müraciət edirlər. Azyaşlılar onu sanki öz nənəsi bilirlər. Uşaqlar onu çox istəyirlər.
Bu məsələ ilə bağlı şənbə günü iclas olacaq və tərəflərin iştirakı ilə problemlə bağlı müzakirə aparılacaq. Müəllimlə bağlı yekun qərar da iclasda veriləcək".