Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Eldar İsmayılovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə P. Nuriyevanın barəsində məcburi xarakterli tibbi tədbirlərin görülməsi haqqında qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, o, 1 saylı Psixiatriya Xəstəxanasına göndəriləcək.
Qeyd edək ki, ötən ilin oktyabrında paytaxtın Xətai rayonu ərazisində yaşamış1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyiti aşkarlanıb.
Hadisəni G. Nuriyevanın bacısıPərvanə Nuriyevanın törətdiyi müəyyənləşib.
1995-ci il təvəllüdlüPərvanə Nuriyeva AsəfZeynallı adına Musiqi Kollecinin tələbəsi olub.
APA