Bakıda "BakuBus" avtobusu qəza törətdi: yaralı var

Bakıda "BakuBus" avtobusu qəza törətdi: yaralı var
SOSİAL
11:11 01.06.2017
1056
Paytaxtın Yasamal rayonu ərazisində, Musabəyov parkının yaxınlığında 14 saylı marşrut üzrə hərəkət edən "BakuBus" sərnişin avtobusu yol qəzası törədib.

Avtobusun idarəetməsini itirən sürücü nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb. Bu zaman yerindən qopan işıq dirəyi yaxınlıqda dayanmış 14 yaşlı yeniyetməyə dəyib. Yeniyetmə xəsarət alıb.

Sürücünün sükan arxasında yuxuladığı ehtimal edilir.
///salamnews
OXŞAR XƏBƏRLƏR