Bakıda bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
SOSİAL
10:36 08.02.2023
114
Bakıda bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR