Bakıda barda həmcinsin üzünə "şram" atan qıza cinayət işi açıldı

KRİMİNAL
00:55 30.11.2015
3017

Bakıda bir müddət öncə gecə klubunda qadınlar arasında baş verən davaya görə cinayət işi açılıb.

Hadisə Nizami rayonunda baş verib. Gecə 04 radələrində R.Rüstəmov küçəsindı yerləşən gecə klubunda qızlar arasında insident yaşanıb. Göyçay rayon sakini 1998-ci il təvəllüdlü Qönçə Nağıyeva həmin vaxt orada olan Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Anarə Qasımova ilə mübahisə edib. Q.Nağıyeva əlində olan pivə butulkasını sındıraraq onunla A.Qasımovanın sifətdən vuraraq "şram" atıb.

Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam edir. //milli.az

OXŞAR XƏBƏRLƏR