Bakıda bazarda baş verən güclü yanğına görə "Baksol" yolu bağlandı

Bakıda bazarda baş verən güclü yanğına görə "Baksol" yolu bağlandı
SOSİAL
16:40 22.08.2019
4378
"Baksol" yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.
OXŞAR XƏBƏRLƏR