Bakıda bazarda gizli faəliyyət göstərən kafe aşkarlandı, 8 qadın saxlanıldı - FOTOLAR

Bakıda bazarda gizli faəliyyət göstərən kafe aşkarlandı, 8 qadın saxlanıldı - FOTOLAR
SOSİAL
12:22 08.07.2020
4976
Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.

Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib. 
 


OXŞAR XƏBƏRLƏR