Bakıda beş gün əvvəl avtobusun vurduğu 76 yaşlı qadın ölüb

Bakıda beş gün əvvəl avtobusun vurduğu 76 yaşlı qadın ölüb
SOSİAL
10:48 30.01.2024
117
Bakıda 5 gün əvvəl avtobusun vurduğu 76 yaşlı qadın ölüb.

APA xəbər verir ki, hadisə yanvarın 25-də Xətai rayonu NZS qəsəbəsində yerləşən "Ulduz” marketin qarşısında baş verib.

Famil İsgəndərov idarə etdiyi "BMC” markalı avtobusla 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, ötən gün ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR