Bakıda beş gün əvvəl qəzaya düşən kuryer vəfat etdi

Bakıda beş gün əvvəl qəzaya düşən kuryer vəfat etdi
SOSİAL
10:10 13.03.2023
136
Bakıda qəzaya düşən kuryer beş gündən sonra xəstəxanada ölüb.

Oxu.Az-ın xəbərinə görə, martın 7-də Ələsgərov Məzahir Nofəl oğlu kuryer kimi işlədiyi mopedlə Səbail rayonu, Salyan şosesində parklanmış vəziyyətdə olan avtomobilə dəyib.

Nəticədə o, aldığı xəsarətlərdən martın 12-də Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR