Bakıda bəy toy günü "Galendewagen" qarşısını kəsən adamı sürüdü - VİDEO

Bakıda bəy toy günü "Galendewagen" qarşısını kəsən adamı sürüdü - VİDEO
SOSİAL
11:15 29.08.2016
9884
Bakıda toy karvanında təhlükəli anlar yaşanıb. Bəylə gəlinin olduğu avtomobilin qarşısını kəsən şəxs ölümlə üz-üzə qalıb.
 
Digər avtomobillərdən birinin videoqeydiyyat cihazı tərəfindən qeydə alınan hadisə avqustun 11-də, saat 18.15 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib. Videodan da göründüyü kimi, «Mercedes-«Galendewagen»» markalı avtomobil yeniyetmə piyadanı qarşısına alaraq hərəkət edir. Çox güman ki, həmin yeniyetmə köhnə adət-ənənə ilə toy karvanında bəy-gəlin maşınının qarşısını kəsib şirinlik almaq istəyirmiş. Lakin avtomobili idarə edən bəy hərəkəti davam etdirir, yeniyetmə isə əlini maşına söykəyib arxaya qaçır. Bu vəziyyət təxminən 150-200 metr məsafədə davam edir. Lakin bəy pul verməmək üçün maşını saxlamır.
Ümumiyyətlə, şirinlik bir yana, bu halda sürücünün avtomobili hərəkət etdirməsi çox təhlükəlidir. Təsəvvür edin ki, o yeniyetmə arxaya addım atarkən ayağı ilişib yıxılsaydı maşını saxlamaq mümkün olmayacaqdı və təkərlər altında qala bilərdi.
«Galendewagen»in dövlət nömrə nişanı tam görünməsə də, axırıncı rəqəmlərinin 211 olduğunu görmək olar. Bundan əlavə, bu avtomobilin kirayə olduğu ehtimalı da var. Çünki toy karvanındakı avtomobillərə diqqət etdikdə yalnız bu avtomobilin bahalı olduğunu görmək olur. Bundan əlavə, sürücünün, yəni bəyin bu cür davranışı, maşını saxlamaması onun təcrübəsiz sürücü olduğunu düşünməyə əsas verir. Ola bilsin ki, onun ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur… (avtosfer)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır