Bakıda Beynəlxalq Muzeylər Günü qeyd ediləcək

MƏDƏNİYYƏT
11:09 15.05.2013
1415
Bakıda 18 may “Beynəlxalq Muzeylər Günü” və “Avropa Muzeylər Gecəsi” qeyd ediləcək. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən verilən məlumata görə, mayın 18-də saat 13.00-da uşaqlar üçün tədbir keçiriləcək. Saat 18.00-dan-23.00-dək isə Filarmoniya bağında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkilatçılığı ilə muzeylər bayramı qeyd ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR