Bakıda bıçaqlanaraq öldürülən 16 yaşlı qızla bağlı yeni detallar - 6-cı sinifdə oxuyanda...

Bakıda bıçaqlanaraq öldürülən 16 yaşlı qızla bağlı yeni detallar - 6-cı sinifdə oxuyanda...
SOSİAL
12:07 25.10.2022
313
Ötən həftə Abşeron rayonu Hökməli qəsəbə sakini Murad Həsənov 16 yaşlı nişanlısı Həsrət Rəcəbovanı xüsusi amasızlıqla öldürüb.

AZXEBER.COM xəbər verir ki, qətli törədən Murad qohumu həsrətlə 2 il əvvəl nişanlanıb. Bir müddət əvvəl isə  qız nişanı qaytardığına görə tərəflər arasında dəfələrlə münaqişə yaşanıb.

İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin prokuroru Elşad Rüstəm bildirib ki, 16 yaşı tamam olmamış qız yaşadığı evdə 4 bıçaq zərbəsi ilə qətlə yetirilib. 

Qeyd olunur ki, H. Rəcəbova 6-cı sinifdə təhsildən yayındırılıb və 14 yaşında nişanlanıb.

Prokurorun sözlərinə görə, azyaşlının məktəbdən yayınması ilə əlaqədar səhlənkarlığa yol vermiş vəzifəli şəxslər barədə tədbirlər görüləcək.

Ətraflı süjetdə:

OXŞAR XƏBƏRLƏR