Bakıda bıçaqlanma hadisəsi olub: Saxlanılan var

Bakıda bıçaqlanma hadisəsi olub: Saxlanılan var
SOSİAL
14:20 10.11.2023
194
Bakıda bıçaqlanma hadisəsi olub.

DİN-dən AZXEBER.COM-a verilən xəbərə görə, noyabrın 9-da saat 17 radələrində Xətai rayonu ərazisində bir nəfərin kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Ruslan Əsədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR