Bakının Binəqədi rayonunda yerləşən binalardan birində gecə saatlarında yanğın baş verib.
AZXEBER.COM FHN-nin saytına istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 720 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.