Bakıda binanın giriş qapısına atılan körpə ilə bağlı YENİ XƏBƏR

Bakıda binanın giriş qapısına atılan körpə ilə bağlı YENİ XƏBƏR
SOSİAL
13:08 24.11.2021
499
Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb. Gətirilərkən vəziyyəti orta-ağır olan körpə həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.

Körpənin vəziyyəti tam yaxşılaşdıqdan sonra yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.
OXŞAR XƏBƏRLƏR