Bakıda bir ailənin sonu: ata-ana uşaqlarını qucaqladı, yanıb külə döndülər - TƏFƏRRÜAT

Bakıda bir ailənin sonu: ata-ana uşaqlarını qucaqladı, yanıb külə döndülər - TƏFƏRRÜAT
SOSİAL
15:29 29.11.2016
3677
Bu gecə Nizami rayonunda baş vermiş dəhşətli yanğın zamanı 4 ev tamamilə kül olub, bir ailə - ata, ana, 2 azyaşlı ölüb. Virtualaz.org saytının əməkdaşları dəhşətli yanğın baş verən ərazidə olublar.

Hadisə təxminən gecə saat 3-də baş verib. Qısaqapanma nəticəsində baş vermis yanğın tez bir zamanda ətrafa yayılıb. Evləri yanan sakinlər hazırda küçədə gözləyirlər. 

Nizami rayon icra başçısı Arif Qasımov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hadisə yerinə baş çəkərkən hamının köçürüləcəyini deyiblər. Amma yanğından saatlar keçsə də, sakinlər üçün yer müəyyənləşdirilməyib.

"Evim tamamilə kül oldu, heç nə çıxara bilmədim. Qonşular paltar veriblər. Gecə saat 4-dən küçədə gözləyirəm”, - Rəna Zamanova deyir.


Onun sözlərinə görə, dəhşətli yanğından xəbərləri olmayıb: "Bir də gördük qapı möhkəm döyülür, açdıq ki, polislərdir. Yanğın baş verib, ailə məhv olub, amma küləkdən bizim xəbərimiz olmayıb. Çünki evin hər yeri taxta, lambirin, kartonlarla örtülüb. Külək olarkən səsdən-küydən heç nə eşidilmir”.

Yanğın baş verən əraziyə toplananlar hələ də hadisənin şokunu yaşayırlar. Qadınlardan biri göz yaşı içərisində yanaraq ölən uşaqlardan danışır. 

"Uşaqlardan biri 4-cü, digəri isə 6-cı sinifdə oxuyurdu. Baxın, 6-cı sinifdə olan uşağın başı bura dəyib, yıxılıb. Onun külünü torbaya yığıb apardılar. Ata-ana görünür xilas ola bilməyəcəklərini biliblər, uşaqları ortaya qoyub qucaqlaşıblar. Yəqin düşünüblər ki, özləri yansalar da, uşaqlar xilas ola biləcəklər. Hamamdaca külə dönüblər”, - qadın hönkürür.

Sakinlər deyirlər ki, 20 ildən çoxdur bu vəziyyətdə yaşayırlar. "Qaçqınkom” da, icra hakimiyyəti də vəziyyətimizdən xəbərdar idilər. Deyirdilər ki, gözləyin, ərazini hansasa şirkət alıb, sizi köçürəcəklər. Amma heç bir şirkət qapımızı döyüb, bizimlə maraqlanmayıb”.


21 ailənin yaşadığı yarımçıq tikiliyə qaz verilməyib, hava soyuduğundan sakinlər elektrik qızdırıcılardan istifadə edirlər. Elektrik xətləri isə pərakəndə çəkilib. 

"Hava soyuyub, hamı qızdırıcı istifadə edir. Ona görə də tez-tez qısa qapanma baş verib. Dünənki yanğın da qısaqapanmadan olub. Sadəcə, yanğın qapı ağzından başlayıb, hər yan taxta olduğundan tez bir zamanda böyüyüb. 10-12 yanğın söndürən gəlmişdi”, - qonşular deyirlər.

Əli Həsənov sakinlərlə görüşündə tikilinin yerində yeni binanın inşa ediləcəyini deyib. Sakinlər isə deyirlər ki, ailə məhv olandan sonra tikiləcək evin önəmi qalmır. "20 ildir deyirik, gərək ölüm olaydı ki, kimlər isə tədbir görəydi. Axı, bu fəlakətin qarşısını almaq mümkün idi”.

Evi tamamilə yananlardan biri də Rəsmiyə Məmmədovadır. Onun sözlərinə görə, heç nəyini çıxara bilməyib. "Qonşular paltar veriblər. İndi küçədə gözləyirəm ki, hara köçürüləcəyimizi xəbər etsinər”.

Sovetlər dönəmindən tikintisi yarımçıq qalmış tikili qəzalı vəziyyətdədir. Hazırda burda yaşayan digər sakinlərin də həyatı təhlükədədir. Binada qaçqınlarla yanaşı yerli sakinlər də yaşayırlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik