Bakıda bir ailənin üç üzvü öldü

Bakıda bir ailənin üç üzvü öldü
10:42 21.03.2013
1425

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

 Bu barədəAPA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə martın 19-da Binəqədi rayonu 7-ci mikrorayon 126-cı məhəllə ərazisində yerləşən yeni tikilidə qeydə alınıb. Həmin ünvanda yaşayanlar – 1954-cü il təvəllüdlü Səbinə Abdullayeva, onun qızı, 1988-ci il təvəllüdlü Arzu Abdullayeva və bacısı, 1953-cü il təvəllüdlü Kəbirə Həsənova yaşadıqları evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti hadisə baş verən birneçə saat sonra aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR