Bakıda birinci kurs tələbəsi faciəli şəkildə həlak oldu
SOSİAL
23:29 21.02.2026
1015
Bakıda tələbə faciəli şəkildə həlak olub.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verib.
2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev motosikletin idarəetməsini itirərək yolun kənarında səkiyə çırpılıb. Hadisə nəticəsində M.Ovçuyev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, M.Ovçuyev Azərbaycan Dövlət İdman Akademiyasının birinci kurs tələbəsi olub.