Bakıda biznes mərkəzində faciə: ölən var

Bakıda biznes mərkəzində faciə: ölən var
SOSİAL
10:53 25.06.2017
6493

 

Bakıda şirkətlərdən birində ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən "City Point" biznes mərkəzində yerləşən şirkətin əməkdaşı, 1956-cı il təvəllüdlü Ağası Hüseynovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası yetişənədək o keçinib.

 

İlkin məlumata görə, biznes mərkəzindəki şirkətlərdən birində sürücü işləyən A.Hüseynov ürək tutmasından vəfat edib.

 

Araşdırma aparılır

 

OXŞAR XƏBƏRLƏR