Bakıda bu da oldu: Jurnalist metroda öpüşən gəncləri metrodan qovdu

Bakıda bu da oldu: Jurnalist metroda öpüşən gəncləri metrodan qovdu
SOSİAL
11:36 30.03.2017
13388
Jurnalist Xəqani Səfəroğlunun yazdığı status "facebook"da günün trendinə çevrilib.
 
AZXEBER.COM-un məlumatına görə, jurnalist metroda başına gələn əhvalatı qələmə alıb.
 
O bildirib ki, metroda gedərkən sevgililər gözü önündə öpüşürmüş, jurnalist də buna hiddətlənib və onlara iradını bildirib.
 
Bu hadisə jurnalistin övladının gözü önündə baş verib.
 
Həmin statusu təqdim edirik: "Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu. Qız və oğlan. Ayağını ayağının üstünə aşrımış 16 -17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığıllayradı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığıdırarlar... Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayn, bağşlayn..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim.. Balacalar üzümə baxırdılar. Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!”.
 
Qeyd edək ki, bu statusdan sonra jurnalistlə bağlı təhqirdolu şərhlər yazılıb, capslar hazırlanıb. 
 

OXŞAR XƏBƏRLƏR