Bakıda bu ərazidə yeni park salınacaq

Bakıda bu ərazidə yeni park salınacaq
SOSİAL
15:54 08.04.2025
446
Bakının Nəsimi rayonunda yeni park salınacaq.

AZXEBER.COM bildirir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

Məlumata görə, yeni park 28 May küçəsindən "The Ritz-Carlton Baku" otelinə qədər olan 12 ha ərazidə salınacaq.

BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.

Parkın layihə-smeta sənədlərinin 2.45 milyon manata hazırlanacağı proqnozlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR