Bakıda bu ərazilərdə qaz təchizatında fasilə yarandı

Bakıda bu ərazilərdə qaz təchizatında fasilə yarandı
SOSİAL
16:46 29.03.2021
428
Bu gün saat 15:50 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.
OXŞAR XƏBƏRLƏR