Bakıda bu ərazilərdə yaşıllıqlar qanunsuz kəsilib: 25 min manatdan çox ziyan

Bakıda bu ərazilərdə yaşıllıqlar qanunsuz kəsilib: 25 min manatdan çox ziyan
SOSİAL
17:53 06.02.2026
316
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar edilib.

AZXEBER.COM xəbər verir ki, aparılan araşdırmalar nəticəsində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 283A, Xəzər rayonu Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsi, eləcə də Nəsimi rayonu Abay döngəsi, 360-cı məhəllə ünvanlarında ağacların qanunsuz kəsildiyi müəyyən olunub.

Faktlar üzrə yaşıllıqlara ümumilikdə 25 680 manat məbləğində ziyan dəydiyi hesablanıb.

Bildirilib ki, hər bir hal üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
OXŞAR XƏBƏRLƏR