Bakıda bu ünvanda köhnə binalar plana düşdü - söküntü başladı

Bakıda bu ünvanda köhnə binalar plana düşdü - söküntü başladı
SOSİAL
16:51 08.02.2018
6349
Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 140 ünvanında yerləşən 1 saylı Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb.

AZXEBER.COM xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Sputnik Azərbaycan"-a açıqlamasında faktı təsdiqləyib.

Qurumun sözçüsü bildirib ki, ərazidə olan binalar istismar müddətini keçdiyi üçün plana düşüb: "1 saylı poliklinikanın binası da köhnə idi. Hazırda poliklinika yaxınlıqdakı yeni tikilmiş binaya köçürülür. Proses başa çatdıqdan sonra əlavə məlumat veriləcək".
OXŞAR XƏBƏRLƏR